Gündəm / Cəmiyyət
31 yanvar 2022
36

Fuad Nağıyevə yeni vəzifə verildi

Fuad Nağıyevə yeni vəzifə verildi

Azərbaycanda yeni idman federasiyası yaradılıb.

Milliinfo.az xəbər verir ki, bu, Qış İdman Növləri Federasiyasıdır.

Federasiyanın Prezidenti Fuad Nağıyev, baş katibi isə Günel Bədəlova seçilib.

Yeni federasiyaya dağ xizəyi, snou boldinq, xizək alpinizmi və fiqurlu konkisürmə növlərinin inkişafı ilə məşğul olacaq.

Qeyd edək ki, Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədridir.