Gündəm / Cəmiyyət
24 mart 2022
28

Göygöldə nadir hadisə, su buz bağladı

Göygöldə nadir hadisə, su buz bağladı


“Havaların soyuq keçməsi nəticəsində Göygölün suyu donaraq buz bağlayıb”.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev bildirib.

“Hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir”.

F.Əliyevin sözlərinə görə, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub: “Yaz dövründə çox az hallarda qeydə alınan bu mənzərəni görmək üçün ziyarətçilərin sayı da artıb”.Qafqazinfo”