Gündəm / Cəmiyyət
02 aprel 2022
34

Bazar gününə olan hava proqnozu

Bazar gününə olan hava proqnozu


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 26-31° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti olacaq.