Gündəm / Siyasət
07 aprel 2022
34
Şarl Mişel Əliyev və Paşinyanla görüşünü məhsuldar adlandırdı

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aprelin 6-da Brüsseldə keçirdiyi görüşü məhsuldar adlandırıb.
Bu barədə Şarl Mişel "Twitter" hesabında qeyd edib.
O, vurğulayıb ki, görüş konkret və nəzərəçarpacaq nəticələrlə məhsuldar olub. Avropa İttifaqı Şurasının prezidenti həmçinin gələcəkdə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək öhdəliyinə işarə edib.

Daha çox xəbər:

Bu gün Brüsseldə Aİ Şurası, Azərbaycan və Ermənistanın liderləri görüşəcək
Gündəm / Siyasət
Prezident Şarl Mişeli təbrik ETDİ
Gündəm / Siyasət
İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş keçirilib
Gündəm / Siyasət
Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
Gündəm / Siyasət
İlham Əliyev Brüsselə işgüzar səfərə gedib - YENİLƏNİB
Gündəm / Siyasət