Gündəm / Cəmiyyət
17 may 2022
17
Ölkədə internet limiti nə vaxt aradan qalxacaq? - VİDEO
“2024-cü ildə bütün ölkə fiber-optik internetlə təmin olunacaq”.
Bunu “Xəzər TV”də yayımlanan “Xəbər ertəsi” proqramında qonaq olan “Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev deyib.
Bölgələrdə internet xətlərinin çəkilişi ilə bağlı yaranan problemlərə toxunan şöbə müdiri bildirib ki, bunun səbəbi avadanlıqlardakı limitdir:
“Bölgələrdə olan avadanlıqlar evlərin, abunəçilərin sayına uyğun quraşdırılır. Əhalinin sayı artdıqda isə tələbləri qarşılamaq lazım gəlir. Hazırda bölgələrdə olan avadanlıqların əksəriyyətində internet çəkilişi üçün müəyyən limitlər var.
Bu səbəbdən də hər kəsin internetlə təminatı mümkün olmur. Lakin 2024-cü ildə bütün ölkə fiber-optik internet xətləri ilə təmin olunacaq. Bu xətlərdə isə heç bir limit olmur və abunəçilərin əhatə dairəsini istənilən qədər genişləndirmək mümkün olur. Beləliklə də, həmin vaxtda istənilən şəxs internetə çıxış əldə edə biləcək”.
Daha ətraflı süjetdə:
Daha çox xəbər:
“Hər hansı kabel zədələnməyib” – İnternetlə bağlı rəsmi açıqlama
Cəmiyyət / SosialHökumətlərarası təqaüd proqramlarına dair internet səhifəsi istifadəyə verilib
Cəmiyyət / TəhsilŞöbə müdiri: “Məktəblər yeni forma ilə bağlı rəng seçimi etməlidirlər” - FOTO
Gündəm / Cəmiyyətİnternet problemi: Böyük həcmdə dövlət vəsaitləri ayrılsa da... - AKTUAL
Gündəm / Sosialİnternet şirkətinin əməkdaşı bədbəxt hadisə nəticəsində öldü
Gündəm / Hadisə