Gündəm / Cəmiyyət
14 iyun 2022
26

“Azad qadın” heykəli sökülür? - RƏSMİ AÇIQLAMA

“Azad qadın” heykəli sökülür? - RƏSMİ AÇIQLAMA


""Azad qadın" heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-lərdə yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur".

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır.

“Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır. Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcəkdir”, - məlumatda qeyd olunub.