Gündəm / Mədəniyyət
17 avqust 2022
20
Magistratura üzrə boş yerlərə əlavə yerləşdirməyə start verilir - Diqqət!
Bu gün saat 12:00-da ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start veriləcək.
Namizədlər https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiqlənməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Elektron sistem üzrə qeydiyyat 30 avqust saat 23:59-da yekunlaşacaq.
Qeyd edək ki, qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Daha çox xəbər:

Bu gündən ali məktəblərə elektron qeydiyyat başlayır
Gündəm / Cəmiyyət
Magistraturaya qeydiyyatın müddəti uzadılıb
Gündəm / Cəmiyyət
Ali təhsil müəssisələrinə qeydiyyat bu gün başa çatır
Gündəm / Cəmiyyət
Sabah bağçalara işə qəbul üçün qeydiyyat başa çatacaq
Gündəm / Cəmiyyət
Magistraturaya boş qalan plan yerlərinin sayı AÇIQLANDI
Təhsil