Gündəm / Cəmiyyət
07 sentyabr 2022
13
“Mehnur”dakı dəhşətdən sonra dövlət komitəsi HƏRƏKƏTƏ KEÇDİ
Bir neçə gün öncə paytaxtın Nizami rayonunda yerləşən “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqların işgəncəyə məruz qalması ölkədə ciddi rezonans doğurub.
Hadisənin ictimailəşməsindən sonra Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli istintaqa cəlb olunub. Onlar barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Məlum olaydan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hərəkətə keçib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Dövlət Komitəsi mərkəzdə baş vermiş xoşagəlməz hadisənin digər müəssisələrdə təkrarlanmaması üçün ciddi addımlar atmağa hazırlaşır.
Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq bağçaları, körpələr evi və reabilitasiya müəssisələrində monitorinqlərin aparılması üçün Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Müvafiq şəkildə icazələr təmin edildiyi halda komitə monitorinqlərə başlayacaq.
Daha çox xəbər:
Reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslər saxlanıldı - YENİLƏNİB
Gündəm / CəmiyyətReabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi nəzarətə götürülüb - YENİLƏNİB
Gündəm / CəmiyyətAzərbaycanda 11 uşaq bağçasının müdiri ciddi nöqsanlara görə işdən çıxarılıb - YENİLƏNİB
Gündəm / ŞouUşaq hüquqları üzrə monitorinq sistemi təkmilləşdiriləcək
Gündəm / Cəmiyyət / SosialAzyaşlı nəvəsinin öldüyünü deyən qadının yalanı üzə çıxdı
Hadisə