Gündəm / Hadisə
12 sentyabr 2022
14
Bakıda ananın övladını öldürməsinin TƏFƏRRÜATLARI - YENİLƏNİB (VİDEO)
Bakıda bir yaşlı körpənin ölümünün detalları məlum olub.
Körpənin nənəsi Leyla Bağıyeva Baku TV-yə hadisə ilə bağlı danışıb:
“Mən evdə olmamışam, işdə olmuşam. Uşağın südünə zəhər qatıb, içirdib öldürmək istəyib. Sonra da görüb uşaq ölmür, boğub öldürüb. İndi də deyir peşman olmuşam. Soruşuram ki, niyə belə etdin? Deyir ki, “cin-şeytan girdi beynimə”. Deyirəm ki, cin-şeytan girmişdisə, özünü dənizə atardın, adam dilsiz-ağızsız uşağı məhv edər? Özünü də, məni də məhv etdi. Balaca qızım zəng edib dedi ki, “mama, bacım uşağı öldürüb”. Qızım boşanmışdı. Həyat yoldaşı narkotik vasitə istifadəçisi idi”.
Körpənin nənəsi onu da qeyd edib ki, qızının psixoloji problemləri olub. Buna görə də azyaşlıya nənə özü baxırmış.
“Hadisə baş verən gün dedi ki, evdə qalıb uşağa baxacam. Sən demə, uşağı öldürmək istəyirmiş. Əvvəllər psixoloji problemləri olmayıb. Bu, uşaqdan sonra yaranıb”, - L.Bağıyeva deyib.
Qeyd edək ki, qətli törədən Nərgiz Bağıyevanın həyat yoldaşı cəzaçəkmə müəssisəsində cəza çəkib.
***
10:13
Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Daha çox xəbər:
Baba nəvəsini sobaya atıb, yandırdı
HadisəMəşhur həkimin intiharı ilə bağlı yeni DETALLAR - YENİLƏNİB
Gündəm / HadisəAzərbaycanda 26 gün komada qalan körpənin ölümü ailəsindən gizlədilib
Gündəm / Cəmiyyət2 yaşlı uşağı atıb gedən ata tapıldı, ana isə...
Gündəm / HadisəBakıda YPX əməkdaşı 12 yaşlı qızı ölümdən xilas etdi - VİDEO
Hadisə