Gündəm / Cəmiyyət
03 noyabr 2022
2
Xalqa neftdən gələn gəlirlərdən kömək edilsin - TƏKLİF
"2021-ci ilin iyulun 1-nə qədər Azərbaycanda məşğul olan əhali sayı 5 milyon 334 min nəfərdir. Bunun da 1 milyon 720 mini dövlət və qeyri-dövlət sektorunda işləyir. Biz bilirik ki, neft sektorunda 30 min insan işləyir. Əvvəl bu rəqəm 80 min idi. Deyin görək, 3.6 milyon insan haradadır? Neynəyir? Nə işlə məşğul olur?”
Bunu deputat Tahir Kərimli Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Xəzər boyda dənizimiz var, amma balıqçılıq yoxdur. T.Kərimli neftdən gələn gəlirlərdən xalqa kömək edilməsini təklif edib:
“İnflyasiya arta-arta gedir. Bəzi ölkələrdə neftdən gələn gəlirlərdən əhaliyə birdəfəlik yardımlar edilir. Bizdə niyə edilmir? İnternetin, telefonun, hər şeyin qiyməti artır”.
"Unikal"
Daha çox xəbər:
Ölkədə nə qədər işsiz var? - RƏSMİ
SosialGələn ilin büdcəsi III oxunuşda qəbul edildi - YENİLƏNİB
Gündəm / CəmiyyətDeputat Azərbaycanda 15 partiyanın olmasını təklif edib
Gündəm / CəmiyyətTahir Kərimli spikerdən ÜZR İSTƏDİ
Gündəm / Cəmiyyət"Ərzaq məhsullarının qiyməti hədsiz dərəcədə artıb" - Deputat
Gündəm / Cəmiyyət