Gündəm / Sosial
05 noyabr 2022
6
Azərbaycanda TikTok-a qoyulan məhdudiyyət aradan qaldırıldı - Rəsmi

Azərbaycanda TikTok sosial şəbəkəsində qoyulan məhdudiyyət aradan qaldırılıb.
Hazırda Azərbaycan istifadəçiləri heç bir məhdudiyyət olmadan sözügedən sosial şəbəkədən istifadə edə bilirlər.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də məlumat yayıb.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, TikTok-a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.

Daha çox xəbər:

Nazirlikdən “Facebook” istifadəçilərinə XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət
Tramp ABŞ-da "TikTok"un fəaliyyətinə qadağa qoymaq istəyir
Dünya
Azərbaycanda bu məhdudiyyət aradan QALDIRILDI
Gündəm
Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət etdi
Sosial
Müharibə veteranı olduqlarını belə öyrənəcəklər
Gündəm / Cəmiyyət