Hadisə
30 iyul 2021
32
Deputatın polisi döyməsi təsdiqləndi - RƏSMİ
İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.
DİN Mətbuat xidmətindən bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:
"Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".
Xatırladaq ki, məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.
Daha çox xəbər:
Xaçmaz və Siyəzən polisi gücləndirilmiş iş rejimində çalışır
GündəmAzərbaycanda 53 nəfərin koronavirusa yoluxduğu küçədə polisə xəsarət yetirdilər - RƏSMİ
GündəmBakı polisi YPX əməkdaşları ilə bağlı araşdırma aparıb
HadisəSabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB
Gündəm / HadisəQalmaqallı eks-deputat bu dəfə “Bentley” ilə dirəyə "girdi" - VİDEO - FOTO
Dünya