Hadisə
19 mart 2022
27
Hərbi polisin sabiq şöbə rəisi barəsində cinayət işi başlanıldı

Azərbaycanda yüksək vəzifəli hərbçiyə cinayət işi başlanılıb.
Millitv.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, Hərbi Polis bölmələrinin Bakı Qarnizonunun cinayət-axtarış şöbəsinin sabiq rəisi Feyzi Hüseynov rüşvət verməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 312.1-ci (xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması və ya verilməsi) maddəsi ilə cinayət işi başlanılıb.
Polkovnik-leytenantla bağlı aparılan istintaq tamamlanıb və iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Məlumata görə, F.Hüseynov Vətən Müharibəsi dövründəki qeyri-adekvat davranışlarına görə xidmətdən uzaqlaşdırılıbmış.
Qeyd edək ki, F.Hüseynovun adı bir neçə il öncə Azərbaycan ordusunun zabiti Xalid Şirəliyevin ölümündə hallanmışdı. Xidmət yerini tərk edən zabit Feyzi Hüseynov və əməkdaşları tərəfindən saxlanıldıqdan 3 gün sonra ölmüşdü. Ölən zabitin anası oğlunun bədənində zərbə izləri olduğunu, onun döyülərək öldürüldüyünü iddia etmişdi.

Daha çox xəbər:

Azərbaycanda polkovnikə cinayət işi AÇILDI
Gündəm / Cəmiyyət
Vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı - SİYAHI
Gündəm / Cəmiyyət
Azərbaycanda daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ
Gündəm / Hadisə
Tələbələrin təhsil haqqını mənimsəyən BSU-nun şöbə müdirindən XƏBƏR VAR
Gündəm / Hadisə
Mingəçevirdə evi qanunsuz tərk edən koronavirus xəstəsinə cinayət işi başlanıldı
Gündəm