Siyasət
01 mart 2023
0
Qarabağda üçtərəfli görüş olub
Azərbaycan nümayəndələri və Rusiya Federasiyası sülhməramlıları komandanlığının rəhbər heyəti arasında mart ayının 1-də görüş olub.
Bu barədə Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti məlumat yayıb.
Məlumata görə, görüşdə Qarabağda yaşayan ermənilərin nümayəndələri də iştirak edib.
Görüşdə Laçın dəhlizindən avtomobillərin maneəsiz keçidinin bərpası müzakirə olunub. Tərəflər Qarabağın elektrik enerjisi və qazla fasiləsiz təchizatı məsələlərini də müzakirə ediblər. Bundan əlavə, görüş çərçivəsində Azərbaycan tərəfinin nümayəndələri tərəfindən 2 mədəndə ətraf mühitin monitorinqinin aparılması imkanlarından bəhs edilib.
Gələcək əməkdaşlıq, gərginliyin azaldılması, regionda dinc həyatın bərqərar olunması yollarının axtarılması barədə razılıqlar əldə olunub.
Daha çox xəbər:
Sabah Rusiya ilə BMT arasında “Taxıl sazişi” görüşü keçiriləcək
Gündəm / DünyaRus sülhməramlıları Dağlıq Qarabağda təhlükəsizliyin qarantıdır - Putin
GündəmŞoyqu və Lavrov fransalı həmkarları ilə Qarabağı müzakirə etdilər
Gündəm / CəmiyyətBu gün üçtərəfli görüş var - Diqqətlər Soçiyə
Gündəm / SiyasətAzərbaycan HDQ-nin qərargahında Rusiya nümayəndə heyəti ilə görüş keçirilib
Gündəm