Sosial
08 iyun 2022
19
Norveç Ukraynaya 22 M109 zirehli haubitsa verib

Norveç hökuməti Ukraynaya 22 ədəd M109 özüyeriyən zirehli haubitsa təhvil verib.
Bu barədə Norveç hökuməti məlumat yayıb.
Bildirilir ki, avadanlıq, ehtiyat hissələri və 155 mm-lik sursat da daşınıb. Bundan əlavə, Norveç ukraynalı hərbçilərə M109-dan istifadə qaydalarını öyrədib.
"Ukrayna silahlı qüvvələri Qərbin dəstəyinə ümid edir və Rusiyanın hücumlarına qarşı çıxmaq üçün silah və texnikaya ehtiyac duyur. Ukrayna bu tip silahları xüsusi olaraq dəvət edib. Ukraynada müharibənin inkişafı indi onu göstərir ki, həm də daha ağır artilleriya və silah sistemlərinin ötürülməsi lazımdır", - Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.
Qeyd edilir ki, artilleriya bölmələri artıq Norveçdən göndərilib. Təhlükəsizlik məqsədilə Norveç hökuməti bu silahların Ukraynaya təhvil verilməsini açıq elan etmək üçün fasilə verib.

Daha çox xəbər:

Azərbaycan - Norveç oyununun hakimləri AÇIQLANDI
İdman
Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı
Gündəm / Dünya
"Rusiyanın 466 tankı, 14 400 hərbçisi məhv edilib" - Ukrayna MN
Dünya
Çex hökuməti könüllülərə Ukraynada döyüşməyə icazə verdi
Gündəm / Dünya
Ukrayna ordusu daha bir yaşayış məntəqəsini AZAD ETDİ
Gündəm / Dünya