Şou
25 yanvar 2022
14
“Spotify”da lider oldu - Video
Kanadalı müğənni The Weeknd son bir ayda “Spotify”da dinləyici sayına görə lider olub.
Müvafiq statistikanı musiqi servisi yayıb.
The Weeknd-in kompozisiyalarının dinləyici sayı ay ərzində 85,7 milyon təşkil edib. “Daily Mail” nəşrinin yazdığına görə, bu uğur ifaçının yanvarın 7-də işıq üzü görən yeni “Dawn FM” adlı albomunun populyarlığı ilə bağlıdır.
İkinci yerdə 83,3 milyon dinləyici ilə kanadalı müğənni Castin Biber qərarlaşıb.
Qeyd edək ki, “Spotify” servisi 2008-ci ildə işə salınıb. Bugünkü gündə 381 milyondan çox istifadəçisi var.
Videonu buradan izləyə bilərsiniz
Daha çox xəbər:
İranda daha 20 nəfər koronavirusdan ÖLDÜ
DünyaTürkiyədə şagirdləri daşıyan avtobus AŞDI - 5 ÖLÜ
DünyaAzərbaycanda son üç ayda qeyri-neft sektoru üzrə ixrac 3.3 faiz artıb - FOTO
İqtisadiyyatBir şey qalmadı: Virusdan ölənlərin sayı psixoloji rəqəmə çatır
DünyaBu da müğənni Xatunun heç yerdə görmədiyiniz oğlu - FOTO
Şou