Təhsil
19 sentyabr 2020
50
Özəl təhsil müəssisələrinə xəbərdarlıq edilib
Milliinfo.az
Sentyabrın 15-dən ölkəmizdə 2020-2021-ci tədris ilinə start verilib. Pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilir. Müəyyən edilmiş qaydalara əsasən, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin karantin rejimində təşkili Nazirlər Kabinetinin müvafiq Qərarı əsasında həyata keçirilir.
"Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.
Lakin sosial şəbəkələrdə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin həftədə 5 dəfə əyani şəkildə tədrisə cəlbi ilə bağlı fikirlər səsləndirilir.
Bildiririk ki, bu, Nazirlər Kabinetinin tədrisin təşkili ilə bağlı müvafiq qərarlarına riayət edilməməsidir. Təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı bütün məsələlər Təhsil Nazirliyinin nəzarətindədir və belə hallar təsdiqini taparsa, müvafiq şəkildə tədbirlər görüləcək", - Təhsil Nazirliyindən bildirilib.
Daha çox xəbər:
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
TəhsilTəhsil naziri məktəblərin açılmasından danışdı
TəhsilMüəllimlərin maaşı ilə bağlı VACİB XƏBƏR - AZALMA OLACAQ?
Gündəm / TəhsilAli məktəblərdə dərslər hansı qaydada başlayacaq? - AÇIQLAMA
Gündəm / TəhsilAprelin 20-də tədris proqramına uyğun teledərslər təqdim edilib
Gündəm / Sosial / Təhsil