Dünya
04 may 2020
11
AFR hökuməti hansı riyazi modeli qəbul edəcək?
Milliinfo.az
Koronavirus pandemiyası bütün bəşəriyyətin olmasa da, onun ən fəal hissəsinin, müəyyən mənada, ağlını başından alıb. Bu sözlər ilk növbədə siyasətçilərə, işgüzar dairələrin nümayəndələrinə, xidmət sahələrinin işçilərinə aiddir. Alimlər və tibb işçiləri də öz yerində. Ona görə heç təəccüblü deyil ki, indi alimlər, görücülər, az qala hər kəs bu pandemiyanın nə vaxt başa çatacağı sualı üzərində baş sındırırlar.
Bu mövzu ilə maraqlananlar bilirlər, riyazi modelləşdirmə də ciddi məsələdir. Almaniyada buna çox diqqətlə yanaşırlar. İndi alman alimləri də bu məsələdən yan keçməyiblər.
Almaniyanın 3 elmi müəssisəsi – Haydelberq Universiteti, Essen Perspektivli Araşdırmalar İnstitutu və Yulix Tədqiqat Mərkəzi pandemiyanın başa çatacağı təxmini müddətləri modelləşdirməyə başlayıblar. Bu da təsadüfi deyil, çünki Avropa İttifaqında ən qabaqcıl kompüter mərkəzləri məhz burada yerləşir.
Alimlər öz araşdırmasının ilk nəticələrini təqdim ediblər, lakin pandemiyanın başa çatacağı konkret tarix göstərilmir. Səbəb də budur ki, tədqiqat çərçivəsində karantin məhdudiyyətlərinin və onların tədricən götürülməsinin müxtəlif variantları təhlil edilir.
Alimlər milyonlarla (bəlkə də milyardlarla) insanı narahat edən sirrin pərdəsini bir az qaldırıblar. Riyazi modellər qurulmasının aralıq nəticələrini qiymətləndirmək istəsək məlum olur ki, araşdırılan ssenarilərin heç biri koronavirus böhranının tezliklə aradan qalxacağına ümid vermir.
Məsələn, birinci modelə görə əgər yoluxmuşların daha ciddi testləşdirilməsi və təcrid edilməsi şərti ilə mayın əvvəlindən məktəblər və universitetlər, mağaza və restoranların əksəriyyəti açılsa, iyundan etibarən ofislərdə, idman cəmiyyətlərində və digər birliklərdə iş bərpa olunsa, ölkədə yoluxanların sayı 2020-ci il noyabrın sonunda pik həddinə çatmalıdır.
İkinci modelin mahiyyəti bütün məhdudiyyətlərin tədricən aradan qaldırılmasından ibarətdir. Bu halda pik nöqtəsi avqustun sonunda və ya sentyabrın sonunda gözlənilir.
Bu modellərin fərqi təkcə pandemiyanın başa çatması müddəti ilə deyil, həm də yoluxanların sayı ilə bağlıdır. Alimlərin fikrincə, birinci halda belələrinin sayı 1,3 milyon, ikinci halda isə 6,3-7,2 milyon olacaq.
Riyaziyyatçıların təklif etdiyi iki radikal model belədir. Əgər ümumiyyətlə, heç bir məhdudiyyət tətbiq edilməsə, epidemiya dövründə 32 milyon alman koronavirusa yoluxardı. Daha sərt tədbirlər görüləcəyi təqdirdə isə yoluxanların sayı 361 min olardı.
Hökumət bu modellərin hansını seçəcək – bu məsələ hələ açıq qalır.

Daha çox xəbər:
Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı
Dünya / SəhiyyəHansı qadınlar cavan qalır?- Alimlər açıqladı
GündəmAlimlər botoksun insan üçün faydalarını müəyyənləşdirdilər
CəmiyyətAlimlər botoksun insan üçün faydalarını müəyyənləşdirdilər
CəmiyyətAlimlər koronavirusun ikinci dalğasının dəhşətli olacağını bildirirlər
Dünya