Dünya
18 fevral 2022
20

Separatçılar son sutkada atəşkəs rejimini 60 dəfə pozub - Ukraynada

Separatçılar son sutkada atəşkəs rejimini 60 dəfə pozub - Ukraynada

"Son 24 saat ərzində rusiyayönlü separatçılar tərəfindən 60 dəfə atəşkəs pozulub, bir əsgər isə yaralanıb".

Bu barədə Ukrayna Ordusu bəyanat yayıb. Bildirilir ki, separatçılar ağır artilleriya, minaatan və tankdan istifadə etməklə 10-dan çox yaşayış məntəqəsini atəşə tutublar.

Bildirək ki, Ukrayna prezidenti Zelenskinin "böyük təxribat" adlandırdığı hökümət qüvvələri ilə separatçıları ayıran sərhəddən kənarda baş verən partlayışlar kəskin şəkildə artıb.