Dünya
07 iyun 2022
36
Rusiyalı menecer faciəli şəkildə dünyasını dəyişdi
Rusiyanın “VKontakte” sosial şəbəkəsinin baş direktorunun birinci müavini Vladimir Qabrielyan və satınalmalar üzrə direktoru Sergey Merzlyakov Nenets Muxtar Dairəsində çayı keçərkən qəzaya düşüblər.
Bu barədə “RİA Novosti”yə holdinqdən məlumat verilib.
"Bu gün səhər məlum olub ki, Vladimir Qabrielyan və Sergey Merzlyakov faciəvi qəzanın qurbanı olublar. Onların yaxınlarının, yaxın dostlarının və tanışlarının dərdinə şərikik", - deyə şirkətdən bildirilib.
"Şəxslər itkin düşüb və əlverişsiz hava şəraiti onların axtarışlarına mane olub. Səhər saatlarında onların meyitləri çayın sahilində tapılıb",- KİV qeyd edib.
İlkin məlumatlara görə, Qabrielyan və Merzlyakov yolsuzluq avtomobili ilə keçirilən kampaniyada iştirak ediblər. Onlar Şöynə kəndində çayı keçmək istəsələr də, onların avtomobili aşıb.
Daha çox xəbər:
Yerevanda bank direktorunun avtomobili partladılıb
Gündəm / DünyaMərdəkan Dendrarisinin direktoru faciəli şəkildə ölüb
Gündəm / CəmiyyətRusiyada mədən faciəsində ölənlərin sayı 52-yə çatdı - Yenilənib
SosialAzərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO
HadisəUkraynada itkin düşən Ağayevlər ailəsinin üzvlərinin meyitləri tapılıb - VİDEO
Gündəm / Hadisə