Gündəm / Dünya
21 yanvar 2023
8

Fransada Rusiya hakimiyyətinin ən güclü təbliğat resursu bağlandı

Fransada Rusiya hakimiyyətinin ən güclü təbliğat resursu bağlandı


“RT France” telekanalı bağlandığını elan edib.

Bu barədə telekanal dərc etdiyi press-relizdə məlumat verilib.

“5 illik inadkar mübarizədən sonra hakimiyyət öz məqsədinə - “RT France”ın bağlanmasına nail olub”, - press-relizdə yazılıb.

Qeyd edək ki, Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələş ingilisdilli xəbər kanalına “RT International”, “RT Arabic”, “RT en Español”, “RT France”, “RT DE” telekanalları, həmçinin ingilis dilində “RT Documentary” və rus dilində “RT Doc” kanalları daxildir.

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra kanalın yayımına Avropa İttifaqında və əksər Qərb ölkələrində məhdudiyyət qoyulub. Məlumat üçün əlavə edək ki, “Russia Today” telekanalının rəhbəri Marqarita Simonyandır.