Gündəm / Dünya
09 mart 2023
0
Türkiyədə zəlzələlərin vurduğu maddi zərər açıqlandı
Türkiyədə son hesablamalara görə, zəlzələlərin vurduğu zərər təxminən 80 milyard dollardır.
Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi bildirib.
“Baş verənlər bizim üçün çox ağrılı hadisə idi. Təxmini ziyan 80 milyard dollardır. Zəlzələlər nəticəsində Su Ehtiyatları İdarəsinə dəyən zərər 22 milyard lirə (1,15 milyard dollar) təşkil edir”, - nazir deyib.
Kirişçi qeyd edib ki, təzyiqli su sistemi ilə əkin sahələrinin suvarılmasına başlamaq vaxtı gələndə Su Ehtiyatları İdarəsinin maliyyə itkiləri daha da arta bilər.
“Biz hələ bilmirik ki, bu sistemdə hansı problemlər olacaq”, - deyə hökumət üzvü vurğulayıb.
Zəlzələ Türkiyə ixracatına da zərbə vurub. Kirişçi bildirib ki, fəlakətin yaşandığı bölgələrin Türkiyə ixracatının ümumi həcmində payı təxminən 15,5% təşkil edir. Zəlzələlərdən sonra bu bölgələr ixrac üçün 40% az məhsul istehsal etməyə başlayıblar.
“Zəlzələ zonasındakı 11 əyalətdən ixrac 2022-ci ildəki 2 milyard 947 milyon dollardan 1 milyard 783 milyon dollara düşüb”, - nazir bildirib.
Mənbə: Milliyet
Daha çox xəbər:
Müharibə Ukraynanın infrastrukturuna 88 milyard dollar zərər vurub
DünyaTürkiyə yanğınların ziyanını necə aradan qaldıracaq?
Gündəm / İqtisadiyyatVaksin hazırlamaq üçün 31 milyard dollar lazımdır - ÜST
Səhiyyə5 milyard dollardan çox vəsait ayrılıb - Ərdoğan
Dünya"Ötən il Türkiyənin ixracatı 12,9 faiz artıb" - Ərdoğan
Gündəm / Dünya