Gündəm / Cəmiyyət
01 aprel 2023
0
Sülhməramlılara aid 13 maşın Laçın yolundan maneəsiz keçib
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Rusiya sülhməramlılarına məxsus 13 avtomobili Laçın istiqamətinə gedib.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 111 gündür davam edir.
Daha çox xəbər:
Şuşa-Xankəndi yolunda növbəti humanitar maşın karvanı maneəsiz keçib
CəmiyyətLaçın-Xankəndi yolundan sülhməramlıların növbəti təminat maşınları keçib
Gündəm / SiyasətLaçın yolundakı aksiya 25 gündür davam edir
Gündəm / SosialSülhməramlıların avtomobilləri Laçın yolundan maneəsiz keçib
Gündəm / ŞouSülhməramlılarının 14 avtomobili aksiya keçirilən yerdən sərbəst hərəkət edib
Gündəm / Cəmiyyət