Gündəm
05 aprel 2023
0
Azərbaycanda dünyanın ən uzun tunellərindən biri inşa olunur
Türkiyənin "Proyapı" tikinti şirkəti 2025-ci ilədək avtomobil yolları, körpü və tunellərin cari tikintisini bitirməyi planlaşdırır.
Bu barədə çərşənbə axşamı Trend-ə "Proyapı" şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen deyib.
Onun sözlərinə görə, şirkət minimal müddətdə "Zəfər Yolu"nu inşa edərək istismara verib.
"Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam edir. Bu yolun 2024-cü ildə tikintisinin tamamlanması və istismara verilməsi planlaşdırılır. Bundan başqa, Mincivan-Ağbənd avtomobil yolunu, Kəlbəcər-Laçın yolunu inşa etməyə davam edirik. Bununla yanaşı, Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi davam etdirilir. Bu yol Xudafərini Laçın və Gəncə ilə birləşdirəcək", - o deyib.
A.Aygen "Zabuxçay" su anbarının tikintisinin də davam etdiyini vurğulayıb.
""Zabuxçay" Qarabağda inşa olunan ilk su anbarıdır. Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa olunacaq digər su anbarlarını da layihələndirməkdəyik", - o vurğulayıb.
Daha çox xəbər:
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam edir
Gündəm / Cəmiyyətİlham Əliyev Kəlbəcər-Laçın yolunun üzərində tikiləcək tunelin təməlini qoydu
Gündəm / SiyasətPrezident Göygöldə inşa edilən iki tunelin tikintisi ilə tanış oldu - Fotolar
Gündəm / SiyasətPrezident Laçın rayonuna səfər edib
Gündəm / SiyasətQarabağ və Şərqi Zəngəzurda çəkilən yolların XƏRİTƏSİ - FOTO
Gündəm / Cəmiyyət