Gündəm / Cəmiyyət
06 aprel 2023
1

Lavrov və Çavuşoğlu bu gün Qarabağ məsələsini müzakirə edəcək


Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə aprel ayının 6-7-də Türkiyədə işgüzar səfərdə olacaq.

Milliinfo.az xəbər verir ki, Türkiyə tərəfi ilə təmaslarda digər məsələlərlə yanaşı, Qarabağdakı vəziyyətin nizamlanması da müzakirə ediləcək.

Səfər çərçivəsində Ermənistan və Türkiyə arasında münasibətlərin bərpası da daxil olmaqla, Zaqafqaziyada əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin ətraflı şəkildə işlənməsi planlaşdırılır. "3+3" formatında ikinci görüşün mümkünlüyünün də müzakirə olunacağı gözlənilir.