Gündəm / Dünya
17 aprel 2023
0
Qayınanasının gəlişini öyrənən kürəkən gölməçədə boğuldu
Moskvada qayınanasının gəlişi ilə bağlı həyat yoldaşı ilə mübahisə edən kişi gölməçədə boğulub.
Aprelin 15-də arvadı kişinin itkin düşməsi səbəbindən polisə müraciət edib. Qadın bildirib ki, bir gün əvvəl əri ilə aralarında münaqişə yaranıb. Qayınanasının Pasxa bayramında qızının evinə gələcəyini eşidən kürəkən qalmaqal yaradıb və evi tərk edib.
Qadını əri ilə əlaqə saxlaya bilməməsi narahat edib. Belə ki, əvvəllər mübahisələrdən sonra belə kişi həmişə onun zənglərinə cavab verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları moskvalının boş vaxtlarını keçirməyi xoşladığı Borisov gölməçələrinə gediblər. Məlum olub ki, həmin şəxs itkin düşdüyü axşam Tsaritsıno Muzey-Qoruğuna gedib. Hüquq-mühafizə orqanlarının əməkdaşları orada onun pencəyini tapıblar. Tezliklə dalğıclar yerli gölməçələrdən birinin dibində 43 yaşlı moskvalının cəsədini aşkar ediblər.
Mənbə: gazeta.ru
Daha çox xəbər:
Bakıda bir gündə altı nəfər yoxa çıxdı - İnsanın itkin düşməsi necə təsdiqlənir?
Gündəm / Cəmiyyət / HadisəDaşkəsəndə 69 yaşlı kişi itkin düşdü
Hadisə84 yaşlı qadını itlər parçalayaraq öldürdü - Azərbaycanda
Gündəm / HadisəUkraynada itkin düşən azərbaycanlı polis və ailəsi TAPILDI
Gündəm / DünyaBu ölkədə hüquq-mühafizə orqanlarının 10-dan çox əməkdaşı COVID-19-a yoluxub
Dünya / Səhiyyə