Gündəm / Cəmiyyət
26 aprel 2023
1
DTX rəsmisi ötən ay qeydə alınan kiberhücum barədə: “Saxta kriptovalyutanın yayılmasına nail oldular”
“Bir neçə il müddətində Azərbaycan bazarında təhlükəsizlik xidməti provayderləri fəaliyyətə başlayıblar. Onlar fəaliyyətini daha da genişləndirirlər”.
“APA-Economics” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “Azərbaycanda Kibercinayət və Kibertəhlükəsizlik barometri” ilə bağlı keçirilən konfransda bildirib.
“Kibertəhdidlərə qarşı mübarizə tədbirləri ilə bağlı xüsusi xidmət orqanları mübarizə aparırlar. Bu sahədə böyük beynəlxalq əməkdaşlıq şəbəkəsi formalaşıb ki, biz də DTX olaraq bu şəbəkənin fəaliyyətini izləyirik və platformadan aldığımız təhdid məlumatlarını da dərhal kritik informasiya infrastrukturları ilə paylaşırıq.
Mart ayında kiberhücum qeydə alındı ki, nəticədə aparıcı media qurumlarının 300-400 minlik “YouTube” kanalı ələ keçirildi. Kanal ələ keçirildikdən sonra saxta kriptovalyutanın yayılmasına nail oldular. Bunu istifadəçi mövqeyinin az olduğunu gördükdə, belə böyük istifadəçisi olan kanalda - bəlkə də bizim ailə üzvlərimiz də var, pulsuz proqramlar paylaşdılar və nəticədə insanlar o proqramları yükləyərək yoluxdular”, - deyə Davud Rüstəmov bildirib.
Daha çox xəbər:
Kibertəhlükəsizliklə bağlı yeni sənədlər təsdiqlənəcək
Gündəm / SosialNaxçıvanda DTX ləğv edildi
Gündəm / Cəmiyyət"İran xüsusi xidmət orqanları aktiv kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir" - DTX
Gündəm / CəmiyyətDTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir
Gündəm / CəmiyyətKəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşdi
Gündəm / Siyasət