Gündəm / Cəmiyyət
06 may 2023
0
Nazir daha 2 polisi nöqsanlara görə İŞDƏN ÇIXARDI
Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks yoxlamalar davam etdirilir.
Milliinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yoxlamalar nəticəsində daha 2 vəzifəli şəxs işdən azad edilib.
Belə ki, Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.
Qeyd edək ki, hər iki bölmə Abşeron Rayon Polis İdarəsinə tabedir.
Xatırladaq ki, bir müddət öncə Abşeron Rayon Polis İdarəsində aparılan xidməti kompleks yoxlamalar zamanı 8 vəzifəli polis zabiti işdən kənarlaşdırılmışdı.
Daha çox xəbər:
Nazir nöqsanlara görə işdən çıxardığı rəisə yeni VƏZİFƏ VERDİ
Gündəm / SiyasətVilayət Eyvazov iki yüksək rütbəli polisi nöqsanlara görə İŞDƏN ÇIXARDI
Gündəm / CəmiyyətNazir nöqsanlara görə işdən çıxardığı polkovnikin yerinə onu TƏYİN ETDİ
Gündəm / CəmiyyətVilayət Eyvazov rəisi işdən çıxardı - NÖQSANLARA GÖRƏ
Gündəm / CəmiyyətNazir Kərəm Mustafayevin rəis qardaşını İŞDƏN ÇIXARDI - FOTO
Gündəm / Cəmiyyət