Gündəm / Siyasət
16 may 2023
0
Ali Radanın sədr müavini Rusiyaya aparılmış ukraynalı uşaqların qaytarılması üçün Azərbaycandan kömək istəyib
“Azərbaycana müraciət edirəm ki, Rusiyaya aparılmış ukraynalı uşaqların ölkəmizə qaytarılmasına kömək etsin”.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk bildirib.
Olena Kondratyuk deyib ki, Azərbaycan Ukraynaya təcili ehtiyac duyulan yardımları göstərir:
“Ukraynanın suverenliyinə dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Biz Ukraynanın bütün ərazilərini geri qaytarmalıyıq. Azərbaycan bayrağı da onun suveren ərazilərində dalğalanmalıdır”.
Olena Kondratyuk Heydər Əliyevin Ukraynanın dostu olduğunu bildirib, Ukraynanın ən ali mükafatı ilə təltif edildiyini xatırladıb.
Daha çox xəbər:
Macarıstanda Nizaminin abidəsi ucaldılacaq
Gündəm / CəmiyyətÇexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib - FOTO
Cəmiyyət / DünyaBu gün Milli Məclisin xüsusi iclası keçiriləcək
Gündəm / SiyasətMariya Stadnik ukraynalı güləşçilərin ailələrinə müraciət edib
İdman"Rusiya Ukraynanın şərqində müharibə başladıb" - ABŞ müdafiə naziri
Gündəm / Cəmiyyət