Gündəm / Siyasət
02 sentyabr 2023
0
Bu nazirliyə tarifləri müəyyənləşdirmək səlahiyyəti verildi - FƏRMAN
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb
Nazirlik Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirəcək.
Nazirlik rabitə və nəqliyyat sahəlıri ilə bağlı tarifləri və xidmət haqlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yeni tariflər və xidmət haqları təsdiq edilənədək mövcud tariflər və xidmət haqları öz hüquqi qüvvəsini saxlayacaq.
Daha çox xəbər:
Tarif Şurasının bu səlahiyyəti ləğv edilib
Gündəm / SiyasətRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu DƏYİŞDİ
Gündəm / CəmiyyətBu nazirliyə yeni səlahiyyət verildi - FƏRMAN
Gündəm / Siyasətİlham Əliyev Qırğızıstanla Anlaşma memorandumlarını TƏSDİQLƏDİ
Gündəm / SiyasətBu Komissiyanın yeni tərkibi müəyyənləşdi - SƏRƏNCAM
Gündəm / Siyasət