Gündəm / Siyasət
22 sentyabr 2023
0
Ceyhun Bayramov fotolarla sübut etdi - Foto
“Bu Ermənistanın ağır hərbi vasitələrinin şəkilləridir. Tamamilə aydındır ki, bu hücum texnikası Azərbaycan ərazisində sülhpərvər məqsədlər üçün yerləşdirilməyib”.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında bildirib.
“Heç bir suverən dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz”, - deyə Bayramov vurğulayıb.
Azərbaycan XİN başçısı, həmçinin 19 sentyabrda mina partlayışı nəticəsində ölən mülki vətəndaşlar barədə də BMT-ni məlumatlandırıb.
“Mina partlayışlarının baş verdiyi ərazi əvvəllər də Azərbaycanın müntəzəm istifadəsində olub, heç bir şübhə yoxdur ki, bu minalar yaxın zamanda əraziyə sızan erməni diversiya qrupu tərəfindən yerləşdirilib”.
Daha çox xəbər:
Ceyhun Bayramov Aİ nümayəndəsini Ermənistanın mülki əhaliyə hücumları barədə məlumatlandırıb
Siyasət / DünyaCeyhun Bayramov İƏT-in Baş katibini Ermənistanın təxribatı barədə məlumatlandırıb
Siyasət / DünyaCeyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
SiyasətCeyhun Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Gündəm / SiyasətCeyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşdü
Siyasət