Gündəm / Cəmiyyət
28 sentyabr 2023
2
Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu - Foto
Müharibədə təkcə hərbçilər deyil, mülki şəxslər də həlak olurlar. Vətən müharibəsində də 94 dinc şəxs erməni təcavüzü nəticəsində şəhid olub.
Müharibənin ilk günü bir ailənin 5 üzvü Ermənistan silahlı birləşmələrinin qurbanı olub.
Belə ki, dinc Azərbaycan əhalisini hədəfə alan erməni silahlılar növbəti dəfə toplarla Naftalan şəhəri, Qaşaltı kəndini atəşə tutublar. Nəticədə həmin kəndin sakinləri Qurbanov Elbrus (baba), həyat yoldaşı Qurbanova Şəfayət (nənə), gəlini Əmirova Afaq (Şəhriyarın anası) və nəvələri 14 yaşlı Qurbanova Fidan və 13 yaşlı Qurbanov Şəhriyar həlak olublar.
Ailənin başçısı isə hərbçi olduğu üçün həmin an cəbhədə döyüşlərdə iştirak etdiyinə görə sağ qalıb.
Daha çox xəbər:
Həlak olan mülki şəxs şəhid qardaşı imiş...
Gündəm / CəmiyyətErmənistanın Bərdədə törətdiyi növbəti terrordan bir il ötür
Gündəm / CəmiyyətErmənistanın Bərdədə törətdiyi növbəti terrordan iki il ötür
Gündəm / HadisəTərtərdə qəbiristanlıqda dəfn zamanı mərmi atılıb: 3 mülki şəxs ölüb, 3-ü yaralanıb
Gündəm / HadisəAzərbaycanda iki bacının faciəsi - 8 nəfər eyni gündə öldü - FOTO/VİDEO
Gündəm / Hadisə