Gündəm / Dünya
28 oktyabr 2023
2
"Aypara ilə xaç arasında müharibəni yenidən alovlandırmaq istəyirsinizmi?” - Ərdoğan

“Ey Qərb, mən səndən soruşuram, aypara ilə xaç arasında müharibəni yenidən alovlandırmaq istəyirsənmi?”
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul hava limanında Fələstinə dəstək mitinqində çıxışı zamanı bildirib. O, İsrailə səslənərək Qəzza ərazisinin keçmişdə Osmanlı İmperatorluğunun nəzarətində olduğunu xatırladıb və türklərin sadəcə olaraq bu ölkədə baş verənləri pisləməsinin kifayət etməyəcəyini bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, İstanbulda keçirilən mitinqdə 1,5 milyon insan iştirak edib .
İstanbulda Atatürk hava limanında keçirilən Fələstinə dəstək aksiyasında Ərdoğan Qəzza zolağında baş verənləri də Qərbin məsuliyyət daşıdığı qətliam adlandırıb . O , Ankaranın İsraili hərbi cinayətkar elan edəcəyini də bəyan edib . O, İsraili işğalçı və fraksiya adlandıraraq, Fələstinin HƏMAS hərəkatının terror təşkilatı olmadığını qeyd edib.
Oktyabrın 25-də Ərdoğan Türkiyə parlamentində çıxışı zamanı Qəzza zolağında vəziyyətin gərginləşməsi fonunda İsrailə səfərini ləğv etdiyini açıqlamışdı .

Daha çox xəbər:

Ərdoğan Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstəyə görə minnətdarlığını bildirib
Gündəm / Siyasət
Ərdoğan Füzuli aeroportunun açılışında iştirak edəcək
Gündəm / Siyasət
İlham Əliyev və Ərdoğan Zəngilan aeroportunun açılışında
Gündəm / Siyasət
İsrail HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdi
Gündəm / Dünya
Ərdoğan İsrailə səfir TƏYİN ETDİ - FOTO
Gündəm / Dünya