Gündəm / Cəmiyyət
28 iyun 2020
30
“Sözüm virusa hələ də inanmayanlaradır”
Milliinfo.az
Ölkəmizdə koronavirus pandemiyası rəsmi olaraq təsdiqlənəndən və dövlət səviyyəsində rəsmi olaraq tədbirlər görülməsinə başlanılandan tələb edilən bütün qaydalara ciddi əməl edirəm. Belə deyək, gigiyenik qaydalara, tez-tez əllərimi yumağa əvvəldən də əməl etmişəm.
Son zamanlar isə bu adətimə daha çox sadiq qalmaqla yanaşı, kütləvi ünsiyyətdən uzaq olmaq, sosial məsafə saxlamaq kimi qaydalar əsasında yaşayıram - desəm, səhv etmərəm. Pandemiyanın ilk günündən virusun təhlükəliliyini bilib həm qorxub narahat olmuşam, həm də tələblərə əməl etmişəm. Bunu bütün həkim dostlarım yaxşı bilir. Pandemiya başlanandan virus haqda o qədər bilgi əldə etmişəm ki, həmkarımız Zaur Baxşəliyev demiş, artıq həkim olmuşam. Əslində biz həkim yox, məsuliyyətli vətəndaş olduğumuzdan, vəziyyətin kritikliyini anladığımızdan bilgilərimizi artırmışıq. Baxaq görək , indi hamıda varmı bu məsuliyyət? Açığı, bəzi vətəndaşlarımızın hələ də bu pandemiyaya qeyri-ciddi baxmasından narahatam. Buna görə də bir vətəndaş olaraq gərginlik keçirirəm. Çox təəssüf ki, əksər insanlarımız bu təhlükəni duyub anlasa da, bəziləri hələ də koronavirusun mövcudluğuna inanmırlar. İnanmamaqları bir yana, virusun qondarma və yalan olduğu barədə sosial şəbəkələrdə çoxlu paylaşım edirlər. Baxın, buna görə də çox narahatam.
"WhatsApp" istisna olmaqla digər heç bir şosial şəbəkədə yoxam. İşimi elə qurmuşam ki, digər sosial şəbəkələrsiz keçinə bilirəm. Pandemiya arzuolunmaz"qonağ"ımız olandan, yuxarıda dediyim kimi, bu mövzuda xeyli bilgi əldə etmişəm. Operativ Qərargahın bütün qərar və məlumatlarını oxumuşam və təbliğ etmişəm. Operativ Qərargahın heç bir brifinqini ötürmədən hamısına baxmışam. Brifinqlərdə PA-nın rəsmisi Hikmət Hacıyevi, hörmətli həmkarım İbrahim Məmmədovu və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlını görəndə daha ciddi məlumatların səsləndiriləcəyini düşünmüşəm. Belə də olub. Operativ Qərargahın iyunun 18-də keçirilən brifinqində xüsusi karantin qaydalarının iki həftə ərzində Bakı və diğər bir neçə bölgədə iyunun 21-dən iyulun 5-dək daha da sərtləşdirilməsi elan edildi. Ramin Bayramlı çox savadlı şəkildə və camaatın başa düşəcəyi tərzdə danışaraq vəziyyətin kritik həddə çatdığını əhaliyə çatdırdı və izah etdi. Jurnalistlərin də suallarını cavablandırdı. Həm də təkcə o yox, XİN-nin mətbuat katibi Leyla Abdullayeva və tanınmış həkim, millət vəkili Rəşad Mahmudov mətbuat nümayənfələrini maraqlandıran suallara cavab verdilər. Həmin brifinqdən sonra WhatsAppda bəzi istifadəçilərin Ramin Bayramlının şəklini paylaşaraq onun dediklərini ironiya ilə qarşılayaraq müxtəlif dəxli olmayan sözlər yazıldığını müşahidə etdim.Təəssüf etdim. Niyə? Nə edib Ramin Bayramlı?
Mən bu adamı brifinqlərdən tanımışam, ondan əvvəl isə, səhv etmirəmsə, "Modern.az" saytında (2 dekabr 2019-cu il) onun TƏBİB-ə sədr təyin edildiyini oxumuşam. Bu adamı həyatda tanımıram, vəkili də deyiləm. Amma,onun pandemiya başlanandan 24 saat-sutka boyu işləməsindən məlumatlıyam. TƏBİB-in şimaldakı bütün publik direktorları ilə yaxşı münasibətim var. Bilirəm ki, onlar virusla yorulmadan necə mübarizə aparırlar.
Misal da çəkə bilərəm. Qoy TƏBİB-in Qusardakı baş direktoru Mübariz Zeynalov məndən inciməsin, deməyə məcburam. Mübariz həkim virusla əsl mübarizə aparanlardandı. Virus başlayandan özünü nə qədər qorusa da, Rusiya-Azərbaycan sərhədində qonşu ölkədən gələn vətəndaşlarımızı qarşılayıb müayinə edəndə virusa yoluxdu.14 günlük müalicədən sonra yenidən iş başında olan bu gülərüz həkim indi də kollektivilə birgə virusla mübarizədədi. Rusiyadan gələn soydaşlarımızı qəbul edənlər sırasında olan Mübariz həkim tək deyil. Quba rayon mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Əlyar Sərvərov xəstəxana pandemiya xəstəxanası elan olunandan bütün kollektivilə birgə viruslu xəstələrin yanındadı. Əlyar həkim, mən bildiyimə görə, bu 4 ayda evlərinə cəmi 1-2 dəfə gedib, bütün günü iş başındadı.TƏBİB-in Xaçmazdakı baş direktoru Səyyaf Tağıyev də şimalda gecə-gündüz çalışan həkimlərdəndi. Bu günlərdə Xaçmaz xəstəxanasının bir neçə əməkdaşı da virusa yoluxub və xüsusi rejimli xəstəxanada müalicə olunublar. Səyyaf həkimin sutka boyu Rusiyadan gələn soydaşlarımızın yerləşdirildiyi istirahət mərkəzlərində fasiləsiz iş başında olduğunu mən bilirəm. Məqsədim şimalın həkim rəsmilərini tərifləmək deyil. Onlar öz işlərini görürlər, əslində heç tərifi də sevmirlər. Məqsədim odur ki, şimalda TƏBİB rəsmiləri belə gərgin işləyirlərsə, görün, TƏBİB-in böyüyü Ramin Bayramlı necə gərgin işləyir? Qurumun bütün yükü və məsuliyyəti onun üzərinə düşür. Bildiyimə görə, cənab Bayramlı respublikanın əksər tibb müəssisələrinə baş çəkir, viruslu xəstələrlə görüşür və onlarla təmasda olur. Bu insana ironiya yox, ona və bütün kollektivinə təşəkkür düşür. Pandemiyanın sürətlə artıb şaxələndiyi vaxtda biz həkimlərimizə mənəvi dəstək olmalıyıq. Yanlarında olmaq isə onların və Operativ Qərargahın bütün üzvlərinin dediklərinə əməl etmək deməkdir.
İstehzanın heç yeri və vaxtı deyil. Siz təsəvvür edin, virus sürətlə yayılsa, həkim-tibb heyəti çatışmasa, nə edəcəyik? Ondadamı istehza edəcəyik? Qısası, həkimlərimizə mənəvi dəstək olmağı bacaraq. Onların çətin, şərəfli əməyini qiymətləndirək.Təbii ki, sözüm virusa hələ də inanmayanlaradı. Koronavirus ölkədə sürətlə yayılır, yoluxma sayı artır. Bizim hər birimizdən, sadəcə, bu tələb olunur: qaydalara əməl etmək, sosial məsafə saxlamaq, maska taxıb özümüzü kütləvi ünsiyyətdən aralı tutmaq!

Daha çox xəbər:
İyul ayında müəyyən qaydalara əməl etməklə toylara icazə verilir? - AÇIQLAMA
Cəmiyyət / SosialBu hələ harasıdır, koronavirusdan daha ölümcül pandemiya olacaq – Dünyaca məşhur həkim
DünyaMaska taxmamağa görə tətbiq edilən cərimənin miqdarı bir neçə dəfə artırılır? - AÇIQLAMA
Gündəm / Cəmiyyət"Gəlin hamımız bir-birimizin xilaskarı olmağa çalışaq"
Siyasət / CəmiyyətDİN-dən əhaliyə XƏBƏRDARLIQ
Cəmiyyət / Sosial