Gündəm / Cəmiyyət
24 may 2024
0
Qadınlar işə bir saat gec gəlib, 1 saat tez çıxsın! - TƏKLİF
Milli Məclisdə ailəli və uşaqlı olan qadınların işə bir saat gec gəlib, bir saat tez çıxması təklif edilir.
Bu təkliflə deputat Tahir Rzayev çıxış edib.
O bildirib ki, uşaqlı olan qadınların üzərinə böyük vəzifələr düşür, ona görə də bu güzəştlər edilməlidir.
“Qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir. İşdən gəldikdən sonra isə ev işləri ilə uşağının dərsləri ilə məşğul olur. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, yorulur, əldən düşür. Bəzi qadınlarımız Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür edə bilərsiniz. Ona görə də bu təklif nəzərdən keçirilməlidir”.
Daha çox xəbər:
Deputat Azərbaycanda 15 partiyanın olmasını təklif edib
Gündəm / CəmiyyətSəhər yeməyində necə qidalanmalı?
İdmanXalqa neftdən gələn gəlirlərdən kömək edilsin - TƏKLİF
Gündəm / CəmiyyətAzərbaycanda qadınlarla bağlı təklif: 2021-ci ilədək...
Cəmiyyət"Kişilər ev işləri görən xanımlarına pul ödəməlidir" - Deputat
Gündəm / Cəmiyyət