Gündəm / Cəmiyyət
20 iyun 2024
0
Bakıda Beynəlxalq Sığorta Forumu keçirilir
Bu gün Bakıda sayca 10-cu Azərbaycan Beynəlxalq Sığorta Forumu ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) işə başlayıb.
Sabah başa çatacaq tədbirin təşkilatçısı - "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyidir.
Foruma Azərbaycan Mərkəzi Bankı və İcbari Sığorta Bürosu dəstək verir. Tədbirdə AMB-nin sədri Taleh Kazımov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və digər dövlət rəsmiləri iştirak edir.
Forumda avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında panel müzakirələri aparılacaq.
Xatırladaq ki, sonuncu dəfə Bakıda bu cür tədbir 2019-cu ildə - koronavirus (COVID-19) pandemiyasından əvvəl keçirilib. Ötən ilin noyabr ayında ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Türkiyənin Antalya şəhərində keçirilən "Beynəlxalq Sığorta Sərgisi və Konqresi" çərçivəsində nüfuzlu beynəlxalq forum təşkilatçısı olan "Xprimm" şirkətinin rəsmisi Georgiana Oprea ilə görüşüb. Görüşdə ölkəmizdə keçirilən sığorta forumunun bərpası ilə bağlı müzakirələr aparılıb.
Daha çox xəbər:
İcbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin yaxın günlərdə təsdiq olunacağı gözlənilir
Gündəm / Cəmiyyətİcbari tibbi sığorta üzrə dövlət büdcəsi hesabına sığorta haqqının ödənilməsi müddəti və qaydası dəyişib
Sosial / SəhiyyəNazirlər Kabineti icbari tibbi sığorta ilə bağlı qərarın izahını verdi
Siyasət / Sosial / SəhiyyəUşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq
Səhiyyəİcbari Sığorta Bürosundan avtomobil sahiblərinə müraciət
Cəmiyyət / Sosial