Gündəm / Dünya
06 noyabr 2024
0
Respublikaçılar ABŞ Senatına seçkilərdə öndədir

ABŞ-də prezident seçkiləri ilə eyni vaxtda Konqresə keçirilən seçkilərdə Respublikaçılar irəlidədir.
Hələ səslərin hesablanması başa çatmasa da, Respublikaçılar Senatda (ABŞ Konqresinin yuxarı palatası ) 100 yerdən 51-ni qazanıblar.
Qeyd olunub ki, əvvəlki seçkilərdə Senatda üstünlüyə Demokratlar sahib idi.
Bununla yanaşı, Respublikaçıların Nümayəndələr Palatasına keçirilən seçkilərdə də öndə olduğu qeyd olunub.
Xatırladaq ki, hazırda ABŞ-də prezident seçkiləri davam edir. Prezident postu uğrunda Demokratların nümayəndəsi Kamala Harrislə Respublikaçılar Partiyasının namizədi Donald Tramp mübarizə aparır. İlkin qiymətləndirmələrə görə, Tramp hazırda Harrisi üstələyir.

Daha çox xəbər:

ABŞ-ın Respublikaçılar Partiyasının seçki üçün topladığı vəsait açıqlandı
Dünya
ABŞ-da prezident seçkiləri təxirə salına bilər
Siyasət / Dünya
Bu gün ABŞ-da prezident seçkiləri keçiriləcək
Gündəm / Dünya
KİV: Tramp qalib gəlsə, Starmerə "müharibə" elan edəcək
Gündəm / Dünya
Növbəti Bayden-Tramp döyüşü, yoxsa... – “Hələ tezdir”
Gündəm / Dünya