Gündəm / Dünya
18 avqust 2021
24

Bu ölkənin Kabilə göndərdiyi təyyarə yalnız 7 nəfəri təxliyə etdi


Bu ölkənin Kabilə göndərdiyi təyyarə yalnız 7 nəfəri təxliyə etdi
ABŞ qüvvələri geri çəkildikdən sonra Əfqanıstanda taliblərin idarəni ələ keçirdiyi böyük bir xaos yaşanır. Taliban rejimindən qaçmaq istəyən minlərlə insan paytaxt Kabildə hava limanına axın edib. ABŞ-ın göndərdiyi təxliyə təyyarəsinə minmək istəyən minlərlə insan izdiham yaratsa da, Almaniya hökuməti böyük bir qalmaqala imza atıb.

Almaniyanın paytaxt Kabilə göndərdiyi 135 nəfərlik A400 tipli hərbi yük təyyarəsində yalnız 7 nəfəri təxliyə edilib. Sosial mediada böyük təəssürat yaradan Almaniya hökuməti bu mövzuda ağır tənqidə məruz qalıb.