Gündəm / Cəmiyyət
22 noyabr 2021
15
Azərbaycanda karantin sərtləşdiriləcək? - VİDEO
"Bu, daha çox delta ştammının yayılması və vaksinasiya göstəricilərinin aşağı olması ilə əlaqələndirilir. Sərhəd qonşularımız arasında ən çox ölüm halı Rusiyada, daha çox isə Türkiyə və İranda qeydə alınıb".
Bu sözləri "Real TV"-yə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova bildirib.
O əlavə edib ki, Azərbaycanda epidemiloji vəziyyətdə stabillik müşahidə olunur: "Bu isə ölkəmizdə vaksinasiya prosesinin sürətlə davam etməsi ilə bağlıdır".
TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva da ötən gün bildirib ki, vaksinasiya prosesi başlayandan etibarən bir neçə dəfə yoluxma hallarında ciddi artımlar müşahidə edilib: "Buna baxmayaraq, karantin sərtləşdirilməsinə gedilməyib. Buna səbəb ölkədə aparılan vaksinasiya prosesinin müsbət nəticə verməsidir”.
Daha çox xəbər:
Bu şəxslər 3-cü doza vaksin vurdursunlar - TƏBİB-dən ÇAĞIRIŞ
Gündəm / CəmiyyətAzərbaycanda karantin rejimi yumşaldılır? - RƏSMİ
GündəmAzərbaycanda karantin rejimi 60 günədək uzadılacaq? - RƏSMİ
Cəmiyyət / SəhiyyəAzərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxdu?
Gündəm / CəmiyyətAzərbaycanda koronavirusa yoluxanların sayı artdı - 28 nəfər öldü
Gündəm / Siyasət / Cəmiyyət