Gündəm / Cəmiyyət
30 noyabr 2021
30

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

Xatırladaq ki, 29 Noyabr 2021-ci il tarixində 857 yoluxma faktı və 26 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 658 vaksin vurulub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 034 nəfər təşkil edib.
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı