Gündəm
19 yanvar 2022
32
İşdən çıxarılan icra başçısının əmlakları ÜZƏ ÇIXDI
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova vəzifəsindən azad edilib.
"Unikal" işdən çıxarılan İ.Gülməmmədovanın əmlaklarının siyahısını əldə edib:
Varovski qəsəbəsində "Vimay - Med" klinikası, "Af - Gen" klinikası;
Binəqədi rayonu, "Varovski"də 4 mərtəbəli villa və "Zümrüd" uşaq bağçası;
Binəqədi rayonu, 9-cu mikrorayonda "Zeytunluq"da 20 sot torpaqda üçmərtəbəli villa; Qeyd edək ki, "Zeytunluq" adlanan ərazidə 1 sot torpağın qiyməti 150 min manat dəyərindədir. Villanın tikintisi isə 1 milyon manata başa gəlib.
Quba rayonu, Qəçreş kəndində 20 sot torpaqda villası;
Görədil və Masazır qəsəbələrində villası;
Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən 200 kvadratmetrlik mənzil, həmçinin Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin yaxınlığında 2 mənzil;
Bakı şəhərində apteklər şəbəkəsi;
Saray və Fatmayı qəsəbələrində hektarlarla torpaq sahəsi;
Qeyd edək ki, İ.Gülməmmədova qanunsuz topladığı vəsaitləri həyat yoldaşının vasitəsi ilə Gürcüstana keçirib.
"Unikal"
Daha çox xəbər:
Prezident qalmaqallı icra başçısını İŞDƏN ÇIXARDI
Gündəm / Cəmiyyətİcra başçısı şöbə müdirini işdən çıxardı
Gündəm / SiyasətAzərbaycanda icra başçısı olmayan rayonlar - SİYAHI
Gündəm / Şouİşdən çıxarılan naziri bu şəxs əvəz edir
Cəmiyyətİşdən çıxarılan nazirin bacısı oğlu da vəzifəsindən AZAD EDİLDİ
Gündəm / Cəmiyyət