Gündəm / Cəmiyyət
20 yanvar 2022
17

"Bu, insanlıq əleyhinə olan bir cinayətin törədilməsi əmri idi" - Kamran Əliyev

"Bu, insanlıq əleyhinə olan bir cinayətin törədilməsi əmri idi" - Kamran Əliyev

“1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqına qarşı cinayət törədilib. Bu, bəşəriyyət, insanlıq eleyhinə olan cinayət kimi tərəfimizdən qiymətləndirilib, hüquqi qiymət verilib”.

Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açılqlamasında deyib.

“Bildiyiniz kimi, həmin dövrdə Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan birbaşa olaraq, Sovet dövrünün o vaxtkı rəhbərliyi tərəfindən, konkret olaraq Mixail Qorboçov tərəfindən belə bir qərar qəbul edilmişdi. Təbii ki, bu insanlıq əleyhinə olan bir cinayətin törədilməsi qərarı və əmri idi. Bundan sonrakı hadisələr də göz qabağındadı. Bildiyiniz kimi həmin faktla bağlı cinayət işi başlanılıb, prokurorluqda istintaq aparılır. Burada bir neçə cinayət bir icraatda birləşdirilib. Təssüflər olsun ki, həmin dövrdə Azərbaycanın hakimiyyəti tərəfindən buna hüquqi qiymət verilməmişdi”, - o vurğulayıb.