Gündəm / Video
21 yanvar 2022
78
Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - VİDEO
Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub.
Müdafiə Nazirliyindən bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb.
Daha çox xəbər:
Zakir Həsənov Kəlbəcər və Laçına getdi - Tapşırıqlar verdi (VİDEO)
Gündəm / CəmiyyətKəlbəcərdə çörəkbişirmə sexi açıldı - Fotolar
Gündəm / CəmiyyətAzad edilən ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır - VİDEO
Gündəm / SiyasətAzərbaycan Müdafiə nazirinin sabiq müavini vəfat edib
HadisəXocavənddə yeni hərbi hissələrin açılışı oldu - VİDEO
Gündəm / Video