Gündəm / Cəmiyyət
25 fevral 2022
20

Yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılacaq

Yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılacaq

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində mart ayının ilk günlərindən etibarən qarölçmə işlərinin aparılması üçün ekspedisiyalar təşkil edilir.

Bunu Xidmətin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, əgər keçən il 25 qarölçmə marşrutu üzrə ölçmə-tədqiqat işləri aparılıbsa, bu ildən etibarən marşrutların sayı 31-ə çatdırılıb ki, bu da Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində qarölçmə işlərinin daha geniş ərazidə aparılması ilə bağlıdır.

A.Verdiyevin sözlərinə görə, ümumilikdə ölkənin əsas çay hövzələrini əhatə etmək üçün qarölçmə işləri 5 qrupdan ibarət ekspedisiya təşkil olunacaq.