Gündəm / Cəmiyyət
08 mart 2022
17
Son sutkada 1237 nəfər təxliyə edilib
Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.
Bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, bugünədək Azərbaycana 4375 nəfər (son sutka ərzində 1237 nəfər olmaqla) təxliyə edilib.
Onların arasında çarter reysləri ilə təxliyə edilənlər 2298 nəfər, quru yolu ilə isə 2077 nəfər təşkil edib:
“Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 12 çarter reysi təşkil olunub. Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edir”.
Daha çox xəbər:
Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə olunacaq
Gündəm / CəmiyyətGürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə olunacaq
Gündəm / Cəmiyyət / SəhiyyəAzərbaycanda binada yanğın: 20 nəfər təxliyə edildi
HadisəBakıda çoxmərtəbəli binada yanğın baş verib, 20 nəfər təxliyə olunub
CəmiyyətElmira Axundova haradadır?
Gündəm / Siyasət