Gündəm / Cəmiyyət
05 aprel 2022
42

Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər

Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər


"Gəncə və Sumqayıt şəhərlərində vahid bələdiyyə sisteminin yaradılması yaxşı olardı".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamemtin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, əgər bu effektiv olarsa, gələcəkdə Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər.

Deputat Fazil Mustafa da bildirib ki, paytaxtın rayonlarının bələdiyyələri birləşdirilməlidir: "23 ildir bələdiyyəni öldürə-öldürə gedirik. Heç bir xidmət yoxdur".