Gündəm / Cəmiyyət
24 may 2022
26
Moped sürücülərindən nə zaman vəsiqə tələb olunacaq? - DYP-dən AÇIQLAMA
Moped sürücüləri ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, hökümətdə bununla bağlı müzakirələr yekunlaşıb:
"Hələlik bununla bağlı qərar olmasa da, Daxili İşlər Nazirliyi tərəfindən verilən təkliflər müsbət qarşılanıb. Məsələ artıq hökümətdaxili proseduru keçib və Milli Məclisə göndərilib. Növbəti mərhələdə qanun layihəsi qanunverici orqan tərəfindən təsdiqlənməlidir", - deyə o əlavə edib.
Qeyd edək ki, kiçik həcmli motorlu mopedlər, elektrovelosipedlər üçün qeydiyyat nişanının tətbiq olunması və onlardan A1 sürücülük vəsiqəsi tələb edilməsi nəzərdə tutulub.
Daha çox xəbər:
Azərbaycanda gözdən əlil şəxs sürücülük vəsiqəsi alıb
Gündəm / CəmiyyətMilli Məclisin yaz sessiyası başlayır
Gündəm / CəmiyyətBu tarixdən bütün marşrut sürücülərindən COVID pasportu tələb oluna bilər
Gündəm / CəmiyyətSabah bu yollar bağlı olacaq
Gündəm / CəmiyyətDYP-dən sürücülərə MÜRACİƏT
Gündəm / Şou