Gündəm / İqtisadiyyat
01 iyun 2022
15
“Made in Türkiye” rəsmiləşir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə adının Birləşmiş Millətlər Təşkilatı ölkələrində istifadə edilməsi ilə bağlı yazılı müraciət ediləcəyini bildirib.
Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gezete”də dərc olunan məlumatda bildirilir ki, ixrac məhsullarında “Made in Turkey” əvəzinə “Made in Türkiye” ifadəsi işlənəcək.
Türkiyənin beynəlxalq ticarətdə qürur duyduğu məhsullar “Türkiyə” ifadəsi ilə tanıdılaraq dünyaya təqdim ediləcək. Bu çərçivədə “Türkiyə” markasını gücləndirmək üçün edilən səylər daxilində hər cür fəaliyyət və yazışmalarda, xüsusilə digər dövlətlər və beynəlxalq qurum və təşkilatlarla rəsmi əlaqələrdə “Turkey”, “Turkei”, “Turquie” və buna bənzər ifadələr yerinə “Türkiyə” ifadəsi işlədiləcək.
Mənbə: TRT Haber
Daha çox xəbər:
Ərdoğan ölkəsinin brend adını dəyişdi - FOTO
Gündəm / DünyaƏrdoğanın təyyarəsi Füzuli aeroportunda - Canlı
Gündəm / SiyasətTürkiyə Rusiyanı hərbi əməliyyatları dayandırmağa ÇAĞIRDI
Gündəm / DünyaBu İl Azərbaycan məhsulları bir neçə beynəlxalq sərgidə təqdim ediləcək
İqtisadiyyat / SosialTürkiyə Qafqaz regionunda vacib iştirakçıdır - Çavuşoğlu
Siyasət / Dünya