Gündəm / Cəmiyyət
11 iyul 2022
19
Ruslar Qarabağ məsələsi ilə məşğul olmaq istəmir - GƏLİŞMƏ
“Ermənistan üçün danışıqlar maraqlı deyil. Sülh sazişi, delimitasiya və demarkasiya mövzusu ermənilər üçün indi aktual görünmür. Qənaətimcə, onlar seçim ediblər və indiki mərhələdə onları danışıqlar maraqlandırmır. Əslində ermənilər köhnə siyasətlərinə dönüş edirlər. Çünki ərazi iddiaları, əsassız tələbləri qüvvədədir. Onlar düşünürlər ki, Azərbaycanın vəziyyəti dəyişmək imkanı yoxdur. Onlar ehtimal edirlər ki, rus sülhməramlılar köhnə erməni siyasətinin indiki şəraitdə rahat davam etdirməsinə əsas verirlər. Bu mənada indi əsas məqsəd sülhməramlılara pressinqlər və onlarla danışıqların aparılmasıdır. Amma onlardan tələb olunmalıdır ki, 10 noyabr razılaşmasının müddəalarını həyata keçirsinlər”. Bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
T. Zülfüqarov əlavə edib ki, indiki mərhələdə Ukrayna müharibəsi səbəbindən ruslar Qarabağ məsələsi ilə məşğul olmaq istəmir: “Çünki ruslar Ermənistan və Azərbaycanın mövqeyi arasında seçim etməlidir. Bu baxımdan ruslar vaxtı uzatmaq taktikasına üstünlük verir”.
Keçmiş nazir qeyd edib ki, Azərbaycan sülhün cəlbedici olmasını təkliflərlə ifadə edib və Türkiyə ilə birlikdə hərəkət edir:
“Biz sülh istədiyimizi və buna hazır olduğumuzu elan edirik. Bu da Azərbaycanın ərazi bütövlüyü və süverenliyi çərçivəsində olmalıdır. Eyni zamanda təbliğat aparılır ki, ermənilər beynəlxalq hüquqa zidd olan mövqe nümayiş etdirir. Erməni tərəfi bəyan edir ki, onların hərbçiləri Azərbaycan ərazisində qalacaq. Ehtimal edirəm ki, biz yeni addımlar atmağa hazırlaşırıq. Bu, konkret olaraq Laçın yolu ilə bağlı ola bilər”
Daha çox xəbər:
Ruslar hərbi hissəni vurdu - 70 ukraynalı öldü
Dünya"Ermənistan Azərbaycan ərazisinin bütövlüyünü tanımaq istəmir" - FAKT BUDUR!
Gündəm / DünyaQərb silah verməsəydi, ruslar indi Lvovda idi
DünyaAzərbaycanla Ermənistan arasında sülhə mane olan nədir? - GƏLİŞMƏ
Siyasət"Putini dəstəkləyən bütün ruslar məsuliyyət daşıyır"
Dünya