Dünya
18 mart 2022
33

"Putini dəstəkləyən bütün ruslar məsuliyyət daşıyır"

"Putini dəstəkləyən bütün ruslar məsuliyyət daşıyır"


Ukraynadakı müharibəyə görə məsuliyyət təkcə Putinin deyil, onun siyasətini dəstəkləyən və həyata keçirən bütün rusların üzərinə düşür.

Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.

"Reallıq budur ki, kimsə (red. Rusiya) Ukrayna şəhərlərinə bombalar yağdırır, dinc sakinləri güllələyir, amma ruslar “Z” formalaşdırır, anketlərdə Putini dəstəkləyir. 1930-cu illərdə olduğu kimi. Onlar təbliğatla zəhərlənsələr belə, məsuliyyət daşıyırlar ", - deyə Kuleba yazıb.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts ruslara qarşı təhqir və hücumların yolverilməz olduğunu, çünki Ukraynadakı müharibəyə görə rusların deyil, yalnız Vladimir Putinin cavabdeh olduğunu bildirib.

Lakin Ukrayna Prezident Aparatının müşaviri Mixail Podoliak bildirib ki, Almaniya kansleri Olaf Şolzun Ukraynaya qarşı təcavüzə görə yalnız Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıması barədə bəyanatı Avropada yanlış tendensiya ola bilər, çünki rusiyalıların 71%-i müharibəni dəstəkləyir.